"Müəllim günü"nə həsr olunmuş tədbir keçirildi

Bakı şəhəri Nəsimi rayonu İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə “Müəllim günü” nə həsr olunmuş tədbir keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yaqubova Günelin rəhbərliyi ilə təşkil edilmiş tədbirdə iştirak edən 6c sinif şagirdləri söylədikləri şeirlər, ifa etdikləri mahnı və rəqs nömrələri ilə müəllim kollektivini bayram münasibəti ilə təbrik etdilər. Tədbirin sonunda məktəbin direktoru Firəngiz Həmidova, Tədris işləri üzrə direktor müavini Gülşən Allahverdiyeva, Təlim-tərbiyə işləri üzrə direktor müavini Xatirə Əhmədova və bir neçə müəllim çıxış edərək şagirdlərə təşəkkür etdilər.