"Bilik günü"nə aid tədbir keçirildi

Nəsimi rayonu İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə “Bilik günü”nə həsr edilmiş tədbir keçirildi. Məktəbin direktoru Firəngiz Həmidova müəllim və şagird kollektivini yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə təbrik etdi. Firəngiz xanım çıxışında rəhbərlik etdiyi tədris ocağının əldə etdiyi uğurlarından, məzunlarımızın ali məktəblərədaxil olub yüksək nailiyyətlər qazanmasından danışdı. O qeyd etdi ki, məktəbi bu il bitirən 67 məzundan 45 məzun tələbə adını qazanmışlar. 6 nəfər 500-dən, 3 nəfər 600-dən çox bal toplamışdır. Məktəbin məzunu Qəhrımanova Aidə Əziz qızı Prezident təqaüdünə layiq görülmüşdür.Tədbirin sonunda I və XI sinif şagirdləri bədii kompozisiya ilə çıxış etdilər. Kompozisiya tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.