Məktəblilərin idman uğurları

    Uşaq gənclər idman məktəbinin təşkilatçılığı ilə ikinci Vətən müharibəsi şəhidi Məmmədli Rüfət Vidadi oğlunun xatirəsinə həsr olunmuş Şuşa UGİMİN Yunan – Roma güləşi üzrə keçirilmiş yarışda məktəbin 5b sinif şagirdi Hüseynli Əbdulrəhman yarışda iştirak etmiş və qalib olmuş birinci  yer ilə təltif olunmuşdur.

    Qadın İdman Gimnastikası tərəfindən gimnastlar arasında təşkil olunmuş  “Ocaq” birinciliyində məktəbin 5b sinif şagirdi Məmmədzadə Leyla iştirak etmiş birinci yerə layiq görülmüşdür.

    Sərbəst Güləş üzrə uşaq yenityetmə və gənclər arasında keçirilən Biləsuvar şəhər açıq birinciliyində məktəbin 3c sinif şagirdi Ağazadə Şirxan iştirak etmiş və birinci yerə layiq görülmüşdür.

Məktəbin rəhbəri F.İ. Həmidova və müəllimlərin adından şagirdlərimizi təbrik edir və onlara daha da böyük uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi