Master klass - Rəssamlıq Akademiyası

On səkkiz dekabr tarixində mətəbin 6ç sinif şagirdləri Rəssamlıq Akademiyasının təşkil etdiyi "Master klass" dərslərində iştirak etdilər. Rəssamlıq Akademiyasının müəllimləri Nadir Cəfərov və Naibə Axundova şagirdlərə Ebru sənətini və onun bir növü olan monotip rəsminin çəkilməsini nümayiş etdirdi. Daha sonra hər bir şagird özü rəsm hazırladı. Rəssamlıq Akademiyasının digər müəllimi Qədir Sudacanov şagirdlərə gildən istifadə qaydasını izah etdi, gildən müxtəlif fiqurlar düzəltməyi nümayiş etdirdi. Uşaqlar böyük həvəslə soyuq gildən fiqurlar hazırladılar. Sonda şagirdlər Akademiyada təşkil edilmiş sərgiyə baxdılar.