Zəfər Günü

Azərbaycanın ərazi bütövlüyünü bərpa edən 44 günlük müharibəni biz də 40 dəqiqəyə sığdırdıq. "Zəfər Günü" adlı tədbirimizdə müharibənin ilk günündən son gününə kimi yaşananlar öz əksini tapdı. Əsasən on birincilərimizin iştirak etdiyi tədbir yüksək vətənpərvərlik ruhunda qeyd olundu. Hazırlanan səhnəciklər dərin mənaya malik idi. Şəhidlərimizə ehtiram əlaməti olaraq dəvət olunan şəhid ataları tədbirimizi daha da dəyərli etdi. Daha sonra məktəbimizin direktoru F. İ. Həmidova tədbir dəvətliləri və şəhid ataları ilə bərabər məktəbimizin şəhidlərə həsr olunmuş sinif otaqlarına baxarkən həm kövrək, həm də qürurverici anlar yaşandı.