Şəhid Rzazadə Həsənin anım günü

Doğma Azərbaycanımızın igid, vətənpərvər oğlu Rzazadə Həsən Vüqar oğlu 1994 – cü il on beş iyunda dünyaya göz açmışdır. Əslən Zəngilanlı olan Həsən 2020 – ci ildə Vətən müharibəsinə könüllü olaraq qatılmış, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmiş və iyirmi doqquz oktyabr 2020 – ci il Laçın dəhlizi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Bu gün məktəbimizin 6 ç sinfində ikinci Vətən müharibəsi şəhidi Baş leytenant Rzazadə Həsənin anım gününə aid tədbir keçirildi. Şagirdlər şəhidin xatirəsinə həsr olunmuş şeirlər söylədilər. Gənclərin çağırışa qədər hazırlıq müəllimi Novruz İsmiyevin təşkilatçılığı ilə on birinci sinif şagirdləri hərbi mahnılar oxudular. Həsən kimi şücaətli əsgər olmağa söz verdilər.