“ Qoy həmişə günəş olsun” adlı tədbir keçirildi.

25 may 2016-cı il tarixdə 42 nömrəli tam orta məktəbdə “ 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə “ Qoy həmişə günəş olsun” adlı tədbir və xeyriyyə yarmarkası keçirildi. Tədbirin müsiqili- əyləncəli hissəsi şagirdlərin iştirakı ilə təqdim olunan rəqslərdən, idman oyunlarından ibarət idi. Bununla yanaşı tədbirdə şagirdlərin və müəllimlərin əl işlərindən ibarət yarmarka təşkil edilmişdir. Yarmarkaya qoyulan əl işlərinin satışından əldə edilən vəsait tədbir iştirakçılarının və dəvət olunan qonaqların gözü qarşısında xeyriyyə qutusuna atıldı. Tədbirdə BŞTİ-nin, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri və 1 saylı Uşaq evinin direktoru iştirak edirdi.Xeyriyyə yarmarkasından əldə olunan vəsait hesabına alınan sovqatlar 1 saylı Uşaq evinin körpələrinə hədiyyə edildi.