Nəsimi rayonu İlqar Əbilhəsov adına 42 №-li tam orta məktəbdə “Hər birimiz bir çiçək ” adlı tədbir keçirildi
10 may 2016-cı il tarixdə 42 №-li tam orta məktəbdə “Hər birimiz bir çiçək” adlı tədbir keçirildi. Məktəbin kiçik rəssamları “Hər birimiz bir çiçək” mövsuzunda keçirilən rəsm müsabiqəsində öz məharətlərini göstərməyə çalışdılar. Tədbirdə VI-IX sinif şagirdləri iştirak edirdilər. Tədbirin keçirilməsində əsas məqsəd mənəvi dəyərlərimizin uşaqların yaradıcılığında əks olunması idi. Tədbirin ümumilli liderimiz Heydər Əliyevin doğum gününə təsadüf etməsi şagirdlərimizə ruh yüksəkliyi verdi. Tədbirin sonunda rəsm müsabiqəsində qalib gələn şagirdlərə məktəbin direktoru F.İ.Həmidova tərəfindən tərifnamə təqdim olundu.