Nəsimi rayonu İlqar Əbilhəsov adına 42 №-li tam orta məktəbdə "Bir kərə yüksələn bayraq bir daha enməz ”mövzusunda açıq dərs keçirildi.

26 may 2016-cı il tarixdə 42№ li tam orta məktəbin 1 d sinfində “ 28 may Respublika Günü” nə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz ” mövzusunda açıq dərs keçirildi. Şagirdlər dərsdə hərbi formada iştirak etdilər. Dərs dövlət himninin oxunması ilə başlandı. Dərsin mövzusu ilə bağlı şagirdlər arasında geniş sorğu keçirildi.Həmçinin sinfin şagirdləri Elnur Fətullayev və Simuzər Məlikovanın ifasında “İgid əsgər” mahnısı ifa olundu. Şagirdlərə 1990-cı ildən bu günədək ölkəmizin başına gələn bəlalar haqqında ətraflı məlumat verildi. Vətən uğrunda həlak olan igid qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hazırlanmış xüsusi stend qarşısına qərənfillər qoyuldu və dərs “Əsgər marşı” nın sədaları altında başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi