“Məclisi-şüəra” adlı tədbir keçirilib

29.04.2016-cı il tarixdə məktəbdə 5 c sinif şagirdlərinin iştirakı ilə “Məclisi-şüəra” adlı tədbir keçirildi. Şagirdlər Azərbaycanın dəyərli, unudulmaz şairlərinin şeirlərini söylədilər. Şagirdlər Ə.Xaqani, N.Gəncəvi, İ.Nəsimi, Ş.Xətainin şeirlərini söylədikdən sonra M.Füzulinin “ Meyvələrin söhbəti” adlı alleqorik əsərindən səhnəcik göstərdilər. Şagirdlərin hər biri bir meyvə rolunda və geyimində bü məsuliyyətin öhdəsindən çox məharətlə gəldilər. Daha sonra X.Natəvan və Aşıq Ələsgər yaradıcılığına müraciət olundu. H.Cavidin ölməz şeiri “Gülbahar”ı söylədikdən sonra şagirdlər ibtidai sinif müəllimləri Xatirə Həmidovanın şərəfinə mahnı səsləndirdilər və onun üçün hazırlanmış videoçarx nümayiş etdirdilər.