28 il Xocalısız

25 Fevral 2020-ci il tarixdə məktəbdə məktəbin ingilis dili müəllimi rəhbərlik etdiyi 5c sinfiinin şagirdləri ilə birgə hazırladığı “28 il Xocalısız” adlı ədəbi – bədii tədbir nümayiş etdirdi Maarifləndirici məqsəd daşıyan tədbirdə 5c sinfinin şagirdləri faciənin tarixi haqqında məlumat verdilər, Xocalıya, şəhidlərə həsr olunmuş şeirlər söylədilər və mahnılar ifa etdilər, eyni zamanda həmin faciəni əks etdirən səhnəcik təqdim etdilər. Tədbirin sonunda məktəbin direktoru F.İ.Həmidova çıxış etdi. O, yaşından asılı olmayaraq, hər bir vətəndaşın xalq qarşısında borclu olduğunu söylədi. Ölkə başçısı cənab İ.Əliyevin səyi nəticəsində artıq 2012-ci ildən dünya dövlətlərinin “Xocalı soyqırımı”nı tanımasından, H.Əliyev fondunun vitse - prezidenti Leyla Əliyevanın səyi nəticəsində “Xocalıya ədalət” kampaniyası çərçivəsində artıq Xocalı hadisələrinin Avropanın bir sıra ölkələrində anılmasından söhbət açdı. Şagirdlərə üzünü tutaraq: “Sizin isə müqəddəs borcunuz yaxşı oxumaq, ölkəmizin tarixini dərindən öyrənmək və bütün tarixi həqiqətləri gələcək nəsillərə olduğu kimi çatdırmaqdır”,-dedi.