“Azərbaycanı tanıyaq və tanıdaq” adlı ədəbi-bədii, musiqili tədbir keçirilib

“Azərbaycanı tanıyaq və tanıdaq” adlı ədəbi-bədii, musiqili tədbir keçirilib. Tədbir “Ölkəmizi tanıdaq” layihəsi çərçivəsində multikulturalizm ilinə həsr olunmuşdur. Məqsəd respublikamızda gedən quruculuq işlərini, regionların inkişafını, Azərbaycanın keçmişi və indisinin vəhdətini, multikulturalizm ənənələrini əks etdirməkdir. Yurdumuzu qarış- qarış gəzərək, onun əsrarəngiz təbiəti, tanınmış şəxsiyyətləri və mətbəxi ilə daha yaxından tanış olmaq və tanıtmaqdır. Patraxtımızdan start götürən səyahətimizi Gəncəbasar, Naxçıvan, Quba, Lənkaran və Qarabağa qədər davam etdirdik. Hər bölgəni öz mütəfəkkirləri, generalları, alimləri- tanınmış simaları təmsil etdilər. Hər bölgənin şirin ləhçəli insanları, çoxsaylı xalqlarının nümayəndələri öz mədəniyyətlərini nümayiş etdirərək, eyni zamanda zəngin və müxtəlif kulinariya növləri, ləziz təamları ilə qonaqların qarşısına çıxdılar. Azərbaycan Respublikasının Prezidenti, ali baş komandanımız cənab İlham Əliyevin apardığı siyasi kursa, quruculuq işlərinə işıq salan tədbir Azərbaycanı tərənnüm edən şeir və mahnılarla müşaiyət olundu.