Mənim qalib dilim

21 fevral tarixi bütün dünyada “Beynəlxalq Ana dili Günü” kimi qeyd olunur. Ənənəyə sadiq olaraq, bu gün münasibətilə məktəbimizdə “Mənim qalib dilim” adlı ədəbi-bədii kompozisiya keçirildi. Kompozisiyanın təşkilatçısı məktəbin ibtidai sinif müəllimi Nərgiz Nağıyeva və tədbirin iştirakçıları 4d sinif şagirdləri idi. Şagirdlərin yüksək səviyyədə iştirakı müəllim və şagird kollektivi, eləcə də valideynlər tərəfindən bəyənildi. Şagirdlər ana dili haqqında şeirlər, “Şirin dil” mahnısını ifa etdilər. Eyni zamanda Səməd Vurğunun “Vaqif”, C.Məmmədquluzadənin “Anamın kitabı” Nəriman Həsənzadənin “Atabəylər” əsəri əsasında doğma dilimizlə bağlı hazırlanmış səhnəciklər təqdim etdilər. Tədbirin sonunda məktəbin direktoru F.İ.Həmidova şagirdləri bu gün münasibəti ilə təbrik edərək bu fikirləri bildirdi: “Çox dil bilmək insanın savadını, dünyagörüşünü artırır. Hətta düşmənimizin də dilini öyrənmək yaxşıdır. Amma ana dilini hər bir şəxs bilməlidir, sevməlidir və qorumalıdır. Dilinizi qoruyun və yaşadın”. Təlim-tərbiyə işləri üzrə direktor müavini A.Suvarova, Tərbiyə işləri üzrə direktor müavini G.Zeynalabdinova, məktəbin psixoluqu Y. Hacıyeva, hərbi rəhbər N.İsmiyev, Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri G.Şahbazova şagirdlərin çıxışını yüksək qiymətləndirib ana dili ilə bağlı tövsiyələrini verdilər.