“ Yol hərəkəti qaydaları” mövzusunda keçirilmiş

20.04.2016-cı il tarixdə ibtidai sinif müəllimi Nərgiz Nağıyevanın IVd sinfində “Yol hərəkəti qaydaları” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə Yol Polisi Müfəttişliyinin nümayəndələri, “Nur” Vətəndaş Təhsil Mərkəzi təlimçiləri, məktəbin direktoru və müəllimlər iştirak etmişlər. Açıq dərs “Yol hərəkəti təhlükəsizliyi” layihəsi çərçivəsində hazırlanmışdır. Dərsin aparılmasında məqsəd-orta ümumtəhsil məktəblərində yol hərəkəti qaydalarının şagirdlər tərəfindən mənimsənilmə səviyyəsinin araşdırılması olmuşdur. Dərsdə şagirdlər yol hərəkəti qaydaları, yol nişanları və işıqfor haqqında biliklərini nümayiş etdirdilər. Sinfin şagirdləri tərəfindən yol hərəkəti qaydalarını pozan şagirdlərə və həmin qaydalara riayət edən sürücülərə həsr etdikləri səhnəciklər dərs iştirakçılarına təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi