08.04.2016-cı il tarixdə məktəbdə “Riyaziyyat" fənn aylığının yekunu olaraq “ Ulduzların savaşı” adlı tədbir keçirilmişdir. Tədbir torpaqlarımızın azadlığı uğrunda döyüşən və qəhrəmanlıqla şəhid olan vətən oğullarının əziz xatirəsinin yad edilməsi ilə başlandı.Tədbirdə fənn müəllimləri və məktəbin şagirdləri iştirak etdilər. Tədbirin keçirilməsində məqsəd şagirdlərin riyazi-məntiqi qabiliyyətlərinin nümayiş etdirilməsi olmuşdur. Tədbirdə “Mübariz” və “Zəfər “ adlı 2 komandanın intellektual yarışı nümayiş etdirildi. Sonda “Zəfər” komandası qalib gəldi. Qalib komandanın üzvləri məktəb rəhbərliyi tərəfindən kubok və diplomlarla təltif olundu.