“Şirin sözlü, şəkər dilli Novruzum” adlı ədəbi – bədii viktorina keçirilib

14- 18 mart tarixlərində 42 nömrəli tam orta məktəbdə “Azərbaycan dili və Ədəbiyyat “ fənni üzrə müxtəlif siniflərdə açıq dərslər keçirilmişdir.18 mart 2016-cı il tarixdə isə fənn aylığının yekunu olaraq “ Şirin sözlü, şirin dilli Novruzum” adlı ədəbi-bədii – musiqili viktorina keçirilmişdir.Tədbirdə 7-9-cu sinif şagirdləri iştirak etdilər. Tədbirin bədii hissəsi Novruz adət-ənənələrinə həsr olunmuşdur.9-cu sinif şagirdləri arasında 2 hissədən ibarət viktorina keçirildi. I hissədə şeir formasında Azərbaycan dili fənnindən müxtəlif suallar verildi. Bu bölmədə 9 ç sinif şagirdləri qalib gəldi.II hissədə isə Ədəbiyyat fənni üzrə suallara cavab verildi. Bu hissənin qalibləri isə 9 c sinif şagirdləri oldu.Viktorinanın sonunda ümumi nəticələr hesablandı, 9 ç sinfi viktorinanın qalibi elan olundu. Viktorina şagirdlərin iştirakı ilə “Novruz” adət-ənənələrinin nümayişi ilə sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi