Şərqin günəşi adlı tədbir keçirildi

Bu gün Rafiq Nəsrəddinov adına 39 nömrəli orta məktəb və Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevə həsr olunmuş tədbir keçirildi. Konstitusiya və suverenlik ili" çərçivəsində "Şərqin günəşi" adlı tədbir keçirildi. Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx və fotolar təqdim edildi. Məktəbin direktoru Tahirə xanım Şükürova və Mərkəzin əməkdaşı Məmmədəli Həsənov Heydər Əliyev haqqında geniş çıxış edərək ölməz liderimizin fəaliyyətindən bəhs etdilər. Məktəbin şagirdləri Ümummilli liderimizə həsr olunmuş şeirlər söylədilər. Tədbirin sonunda xatirə şəkilləri çəkildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi