Qazi Toğrul Həsənovun məzarə ziyarət olundu

Vətən uğrunda canından keçən bütün oğullarımızın xatirəsi bizə əzizdir. Belə qəhrəmanlardan biri də məktəbimizin 2008-ci il məzunu Qazi Toğrul Həsənovdur. 44 günlük müharibədə könüllü olaraq iştirak etmiş, Qazi adını qazanmış, Vətənpərvər məzunumuz idi. Təssüflər olsun ki, Toğrul artıq bizimlə deyil,haqq dünyasına qovuşub. Məktəbimizin Azərbaycan dili müəllimləri Gülarə Zeynalova, Sevil Nağıyeva və sinif yoldaşları Toğrulun məzarını ziyarət etmək üçün Ucar rayonuna yollanıblar. Toğrulun ailə üzvlərinə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!