Məktəbimizdə Vahid tarix dərsi ingilis dilində keçirildi

Məktəbimizdə Vahid tarix dərsi ingilis dilində keçirildi. Məktəbimizin tarix müəllimi Gülnarə Tanqrıverdiyeva dərsə başlayanda qeyd etdi ki, məktəbimizin zəngin ənənələri var, biz Azərbaycana və dünyaya aid bütün vacib hadisələri qeyd edirik. Bu ay məktəbimizdə ingilis dili aylığı olduguna görə, qərara gəldik ki 7-ci sinifdə “İngiltərə XI-XVI əsrlərdə” mövzusunu ingilis dilində keçirilsin. Dərsdə 8-10 sinif şagirdləri də iştirak edib. Dərs motivasiyadan başlandı. Müəllim assosiasiyada üsulundan istifadə edib şagirdlərə “Siz İngiltərə sözünü eşidəndə sizdə hansı assosiasiya yaranır? Daha sonra müəllim şagirdlərə sualla müraciət etdi İnqiltərədə mərkəzləşdirilmiş dövlət necə yarandı? Şagirdlələrin fərziyələri dinlənildi və lövhəyə yazıldı Şagirdlər 4 qrupa bölünmüşdülər- “Norman”, “Reform”, “Parliament” və “Tudor”, hər biri tapşırıq aldı və təqdimat hazırladı -- 1)İngiltərənin Normand işöalı necə baş verdi ? (How did the Norman Conquest of England take place?) 2.İngiltərədə kral hakimiyyətinin güclənməsi necə baş verdi? (How did royal power in England increase in the twelfth century?) 3. İngiltərədə parlament necə yarandı? (How the English parliament was created?) 4.XV-XVI əsrlərdə İngiltərə necə inkişaf edirdi? (How did England develop in the fifteenth and sixteenth centuries?). Şagirdlər I Vilhelm, II Henrix, VII Henrix, II Riçard krallar, kraliça I Yelizavetta , Lankaster və York princecaların obrazlarını yaratmışdılar. Şagirdlər maraqlı müzakirə etdilər. Müzakirə zamanı maraq dəğuran suallardan biri xıv əsrdə baş vermis epidimiyanı covid 19 müqayisəsi oldu. Daha sonra Ven diaqramında İngiltərə parlamentinin Fransanın Baş Ştatları ilə müqayisə etdilər. Dərsin növbəti mərhələsində İngiltərə hökmdarlarının fəaliyyətini cədvəldə uygunlugunu qeyd etdilər. Dərs boyu Azərbaycanla əlaqələndirdılər. Daha sonra şagirdlər “Zaman oxunu” işlədilər və nəticə çıxartdılar. Tədbirdə Nərimanov rayonu 82 nömrəli tam orta məktəbin direktoru Məlahət Rəhimova və digər nümayəndələr iştirak edib. Sonra Gülnarə müəllimə gələn qonaqları İngiltərənin tarixi ilə bağlı tura dəvət etdi – gələn qonaqlar İngiltərənin XVII-XXI əsrlər tarixi və məşhur şəxslərlə bağlı 2-3 misal çəkdilər. Maraqlıdır ki, XX əsrin məşhur şəxsiyyətlərlə bağlı sualda şagirdlər Tofiq Bəhramovun adını da çəkdilər. Bundan başqa, U.Çorçilin adına qeyd edəndə onun məşhur sitatını dedilər – “Əyər neft kraliçadırsa, Bakı onun tacıdır”. Yaradıcılıq tədbiq etmə mərhələsinə - şagirdlər “İngiltərə XI-XVI əsrlərdə “ fotoplakat düzəltdilər və “London orta əsrlərdə” rəsm çəkdilər. Dərs ingilis dilində mahnı ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi