MƏZUNLARIMIZA ATTESTATLAR TƏQDİM EDİLDİ

Dərs ili başa çatdı, buraxılış imtahanları geridə qaldı. Şagirdlərin attestat almaq məqamı gəlib çatdı. Hər kəs illərlə doğma məktəbdə qazandığı biliklərin göstəricisi olan attestatları almağa gəlmişdi. 2024–2025-ci tədris ilində XI sinif məzunlarına tam orta təhsil haqqında dövlət nümunəli attestatları məktəbimizin direktoru Tahirə Şükürova, tədris işləri üzrə direktor müavini Təranə Süleymanova və XI sinfin sinif rəhbərləri təqdim etdi.

Bu il şagirdlərimiz üçün məktəbimizin direktoru Tahirə Şükürovanın və məktəbimizin gənc informatika müəllimi Kifayət Mövsümovanın kreativ ideyası ilə hər bir şagirdə ürək sözləri və arzularından ibarət yazılı bukletlərlə birlikdə attestatlar təqdim olundu.

Məzunlarımızın hər birinin sədalarının Ali məktəblərdən gəlməyi diləyi ilə təbrik edir, onlara gələcək təhsillərində və həyatlarında uğurlar arzulayırıq!

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi