Son zəng 2025

Daha bir tədris ilinə bu günkü Son Zəng tədbiri ilə son qoyuldu. Hər bir məktəbli üçün unudulmaz və duyğulu olan bu gün hər bir məzunun yaddaşında əbədi qalacaq bir gündür . Bu gün illərlə davam edən məktəb həyatının, uşaqlıq və yeniyetməlik illərinin başa çatdığı gündür. Son zəng – sadəcə bir vida yox, eyni zamanda bir başlanğıcdır. Bu mərasim gələcək arzuların, hədəflərin və məsuliyyətlərin başlanğıc nöqtəsidir. Məktəbi bitirən gənclər artıq müstəqil həyata, ali təhsil yollarına və gələcək peşələrinə doğru addım atırlar.Tədbir məktəbimizdə də geniş şəkildə qeyd edildi. Tədbirdə Milli Qəhrəman R. Nəsrəddinovun qardaşı Mehdi Nəsrəddinov,Qarabağ müharibəsi qaziləri A.Bədəlov,S. Namazov və ağsaqqallar şurasının üzvü Y.Məmmədov iştirak edirdilər.Tədbiri giriş sözü ilə məktəbin direktoru T. Şükürova açaraq məzunları təbrik edərək gələcək həyatlarında uğurlar arzuladı. 15 iyun Qurtuluş günü münasibətilə məktəbin direktoru tədbir içtirakçılarını təbrik etdi. Tədbirdə təqaüdə gedən müəllimlər təltif olundular.Bundan başqa il ərzində xüsusi nailiyyətləri ilə seçilən müəllim və şagirdlər Fəxri fərmanla təltif edildilər.Son Zəng məzunların çıxışları, rəqsləri ilə təntənəli şəkildə bitdi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi