Naxçıvanın dünəni, bu günü, sabahını seyr edək
"Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı" layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq məktəbimizin tarix müəllimi Lalə Abdullayevanın təşkilatçılığı ilə "Səndə tarixlərin çox nişanı var" adlı dəyirmi masa keçirildi. Dəyirmi masanın keçirilməsində əsas məqsəd, şagirdlərə Naxçıvan Muxtar Respublikasının zəngin tarixini, mədəniyyətini və onun müasir inkişafını daha dərindən anladmaqdır. Sonda Naxçıvanla bağlı sənədli filmlər nümayiş etdirildi.