ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ QEYD OLUNDU
Məktəbimizin kitabxanasında kitabxana müdiri Zəminə Abdullayevanın, kitabxanaçı Aynurə Mikayılovanın və Uşaq Birliyi Təşkilatının rəhbəri Lalə Hüseynova tərəfindən Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa keçirildi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər Ümummilli liderin həyat və fəaliyyəti haqqında məlumat verdi. Şagirdlərin ifasında liderin aforizmləri və ona həsr olunan şeirlər dinlənildi. Dəyirmi masanın təşkilində əsas məqsəd Heydər Əliyevin həyat yolunu və siyasətini şagirdlərə daha yaxından tanıtmaq idi. Dahi şəxsiyyət, əbədiyaşar lider, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır.