Mütəmadi dərsə gecikən şagirdlərlə görüş təşkil edildi
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi" mövzusunda təlimatının icrasının təmin edilməsi məqsədilə ilk dərslərdə punktuallığın səviyyəsini qaldırmaq üçün mütəmadi dərsə gecikən şagirdlərlə görüş təşkil edildi. Görüşdə məktəbimizin direktoru Tahirə Şükürova şagirdlərin dərsə gecikmə səbəbləri araşdırdı. Onların valideynlərinə "Şagird davranış qaydaları" nda nəzərdə tutulan bildiriş məktubu ünvanlandı.