"Şagird davranış qaydaları" ilə tanışlıq
2024-2025-ci il tədris ilində məktəbimiz yeni "Şagird davranış qaydaları" pilot layihəsinə qoşulmuşdur.Bu münasibətlə şagirdlərlə görüş keçirildi. İclasda məktəb rəhbərliyi və direktor müavinləri yeni şagird qaydalarının müddəaları, qayda pozuntularının səviyyələri, bu ildən siniflərdə tətbiq olunan şagird davranış jurnalları və qaydaların digər bəndləri ilə yaxından tanış etdilər. Onu da qeyd etdilər ki, jurnalda təkcə qayda pozuntusu olan şagirdlər haqqında yazılmayacaq, eyni zamanda il ərzində 3 dəfə nümunəvi davranışa malik olan, akademik bilik səviyyəsi yüksək olan, sosial məsuliyyəti yüksək olan şagirdlər də məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif olunacaq.