Məktəbəhazırlıq qruplarında tədris prosesi başladı
Bu gündən məktəbimizdə 2024-2025-ci tədris ili üzrə 0 “A” (sinif müəllimi Adilə Bədəlova), 0 “B” (sinif müəllimi Sevər Orucova) və 0 Ç (sinif müəllimi Yeganə İbrahimova) məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb. İlk dərs günündə çıxış edən məktəbin direktoru Tahirə Şükürova ilk dəfə məktəbə qədəm qoyan balaca fidanları və onların valideynlərini salamlayıb. Uşaqlar böyük sevinc və həyəcanla sinif otaqlarına daxil olub, yazı masasının arxasında əyləşiblər. Müəllimlər yeni şagirdləri ilə tanış olub, onlara hədiyyələr təqdim ediblər. Sonra uşaqlar müxtəlif oyunlar oynayıb, rəngləmələr işləyiblər. Qeyd edək ki, məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və birinci sinfə adaptasiyasını təmin edir.