Xocalı soyqırımı - 31 il

   Bu gün məktəbimizdə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri təşkil edildi. Tədbirdə Nərimanov rayonu YAP -ın sədri Samir Vəliyev, müavini Anar Abbasov, şəhid anaları və onların ailə üzvləri, "Dəmir yumruq Alfa -A" ictimai birliyinin sədri Ülviyyə Əsədova və cəmiyyətin müavini Hüseyn müəllim iştirak edirdilər. Tədbirdən öncə qonaqlar Xocalı faciəsini özündə əks etdirən foto sərgiylə tanış olmuşlar. Tədbirdə Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra qonaqlara Xocalı faciəsinə həsr olunmuş video-çarx təqdim olunub. İclası giriş sözü ilə açan məktəbin deroktoru Tahirə Şükürova Xocalı faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. O, çıxışında qeyd etdi ki, ermənilərin dinc əhaliyə qarşı törətdikləri soyqırım zamanı xocalılar əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Bu şəhərin ölməzlik tarixini yazdılar. Tədbirdə məktəbin ədəbiyyat müəllimi Təranə Məmmədovanın 7 A sinif şagirdlərinin iştirakı ilə hazırladığı "Xocalını unutmadıq" adlı kompozisiya nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi