İlin yekun pedaqoji şurası keçirildi
Bu gün məktəbimizdə 2024–2025-ci tədris ilinin yekun pedaqoji şurası keçirilib. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi il ərzində görülən işlərin nəticələrini təhlil edib, əldə olunan nailiyyətlər və qarşıya çıxan çətinliklər müzakirə olunub. Pedaqoji şurada tədris keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətləri, müəllimlərin uğurları və gələcək fəaliyyət istiqamətləri geniş şəkildə dəyərləndirilib. Həmçinin məktəbin ictimai-mədəni həyatı və müxtəlif layihələrdəki fəallığı da xüsusi vurğulanıb. Görülən işlər bir daha göstərdi ki, birgə əmək və peşəkarlıq uğura aparan əsas yoldur. Yeni dərs ilinə daha böyük hədəflərlə yola düşürük.