Son zəng tədbiri-məzunlarla unudulmaz anlar

Bu gün məktəbimizdə ənənəvi “Son zəng” tədbiri keçirilib. Məktəbin həyətində təşkil olunan tədbirdə direktor, müəllimlər və valideynlərlə yanaşı şəhid valideynləri də iştirak edib.  Tədbiri məktəbin direktoru açaraq, məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. O, öz çıxışında vurğuladı ki, bu gün yalnız bir mərhələnin sonu deyil, eyni zamanda yeni bir başlanğıcın ilk addımıdır.

Məzun şagirdlər də rəhbərliyə, müəllimlərinə və valideynlərinə təşəkkürlərini ifadə ediblər, məktəb illərindən xatirələr paylaşıblar və müxtəlif bədii nömrələrlə çıxış ediblər. Tədbirdə musiqili ifalar, rəqslər, şeirlər və səhnəciklər yer alıb. Kövrək və duyğulu anlar yaşan məzunlarımız illərlə üz tutduqları sevimli məktəblərinə, əziz müəllimlərinə və sinif yoldaşlarına vida ediblər.

Hər bir sinif özünəməxsus çıxışı ilə yadda qalıb. Rəqs nömrələri, şeir və musiqi ifaları, duyğulu çıxışlar məktəb kollektivinə və tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. Məzunlar məktəblə vidalaşsalar da, burada qazandıqları bilik və tərbiyənin gələcək həyat yollarında onlara daim yol göstərəcəyini vurğulayıblar.

Tədbirin sonunda “Son zəng” sədaları altında məzunlar simvolik olaraq gələcəyə doğru ilk addımlarını atıblar.

Məzunlarımıza uğurlar arzulayır, yeni həyat mərhələsində onlara bol şans, möhkəm iradə və böyük nailiyyətlər diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi