Mirzə Ələkbər Sabirin doğum günü münasibətilə məktəbimizdə maarifləndirici dərs

    Bu gün görkəmli satirik şair, maarifçi və ictimai xadim Mirzə Ələkbər Sabirin doğum günü münasibətilə məktəbimizdə maarifləndirici dərs təşkil olunub. Dərsin əsas məqsədi böyük ədibin zəngin irsini şagirdlərə tanıtmaq və onun ictimai-fəlsəfi baxışlarını təbliğ etmək olub. Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Zeynalova şagirdlərə Sabirin həyatı, yaradıcılığı, dövrünün ictimai-siyasi mənzərəsini əks etdirən satirik şeirləri və maarifçilik ideyaları haqqında geniş məlumat verib. Müəllim qeyd edib ki, Sabirin əsərləri bu gün də öz aktuallığını qoruyur, gənc nəsli düşündürməyə və maarifləndirməyə xidmət edir. Daha sonra Sabirin şeirlərinə həsr olunmuş videoçarxlar nümayiş olunub. Şairin "Uşaq və maarif", "Hop-hopnamə" və digər məşhur əsərlərindən parçalar səsləndirilib. Şagirdlərin təqdimatında Sabirin düşündürücü və tənqidi fikirlərlə zəngin yaradıcılığı böyük maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi