28 May – Müstəqillik Günü məktəbimizdə qeyd olundu 1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti yaradılaraq Şərqdə ilk demokratik respublika elan edildi. Uzun illər bu tarix Respublika Günü kimi qeyd olunsa da, 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, 28 May Müstəqillik Günü elan edildi. Bu əlamətdar gün münasibətilə məktəbimizdə təcrübə keçən gənc müəllimlər ibtidai sinif şagirdləri ilə birlikdə maraqlı tədbir təşkil ediblər. Tədbirdə şagirdlər şeirlər söyləyib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub, Azərbaycanın müstəqillik tarixini əks etdirən səhnəciklər nümayiş etdiriblər. Belə tədbirlər şagirdlərə tariximizi tanıtmaq, vətənə sevgi və milli dəyərlərə hörmət hissini aşılamq baxımından xüsusi əhəmiyyət daşıyır.