Qardaşlıq notları ilə səfərin sonu

    Səfərin yekunu möhtəşəm tədbirlə tamamlandı Qazaxıstandan gələn nümayəndə heyətinin səfərinin üçüncü günü məktəbimizdə genişmiqyaslı tədbirlə yekunlaşdı. Məktəbimizin şagirdləri və Uşaq Yaradıcılıq Mərkəzinin birgə hazırladığı konsert proqramında tamaşaçılara zəngin mədəni proqram təqdim olundu. Tədbirdə Azərbaycan milli musiqisi və rəqsləri ilə yanaşı, müxtəlif etnik xalqlara məxsus rəqslər də nümayiş olundu. Rəngarəng ifalar, milli geyimlər və şagirdlərin ifasında səslənən musiqilər tədbirə xüsusi coşqu və ruh qatdı. Tədbirə dəvət olunmuş yerli qonaqlarla yanaşı, Qazaxıstandan gələn nümayəndələr də öz xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşərək göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkürlərini bildirdilər. Bu yaddaqalan mədəni tədbir dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdi və məktəb tariximizdə xüsusi bir səhifəyə çevrildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi