15 May – Beynəlxalq Ailə Gününə Həsr Olunmuş Maraqlı Görüş

15 May – Beynəlxalq Ailə Günü münasibətilə məktəbimizdə maraqlı və düşündürücü bir təşəbbüs həyata keçirilib. Təcrübəli müəllimlərimiz Kövsər Vahabova, Arifə İsmayılova, Nailə Hüseynova dərs dedikləri siniflərdə şagirdlərlə xüsusi görüşlər keçirərək öz uşaqlıq xatirələrini bölüşüblər. "Nəyə görə biz siz yaşda olanda daha xoşbəxt idik?" mövzusu ətrafında aparılan səmimi söhbətlər zamanı müəllimlər keçmişlə bu gün arasında maraqlı müqayisələr aparıb, ailə dəyərlərinin, birgə keçirilən vaxtın, sadə sevinc və oyunların insan həyatında necə dərin iz buraxdığını vurğulayıblar. Şagirdlər müəllimlərinin uşaqlıq illəri barədə hekayələrini böyük maraqla dinləyib, ailənin və birlikdə keçən zamanın əsl xoşbəxtlik mənbəyi olduğunu bir daha dərk ediblər.