Sözlərə sığmayan minnətdarlıq

Bu gün məktəbimizdə çox duyğulu anlara şahidlik etdik. Şagirdlər həyatlarına işıq saçan, onları anlayan və dəstəkləyən müəllimləri haqqında xoş sözlərini bölüşdülər. Hər kəlmədə minnətdarlıq, sevgi və hörmət hiss olunurdu.Müəllim — sadəcə dərs deyən deyil, şagirdin həyatına iz salan, ona yol göstərən, ruhuna toxunan bir işıqdır. Biz bu dəyərin canlı şahidiyik.