Bəhram Orucovla unudulmaz görüş

Məktəbimizin ibtidai sinif müəllimi Məlahet Fəthadovanın rəhbərliyi ilə 2 B sinif şagirdləri dərsliklər müəllifi Bəhram Orucovun müəllif günü münasibətilə təşkil olunan tədbirdə iştirak ediblər. Kitab evində keçirilən görüş zamanı şagirdlər sevimli müəlliflərini canlı görmək, onunla ünsiyyət qurmaq və kitablar barədə maraqlı məlumatlar əldə etmək imkanı qazanıblar. Belə tədbirlər şagirdlərdə kitaba olan marağı artırmaqla yanaşı, onların yaradıcı və intellektual inkişafına da müsbət təsir göstərir.