20 Aprel – Beynəlxalq Yer Kürəsi Gününü birlikdə qeyd edirik.
20 Aprel – Beynəlxalq Yer Kürəsi Günü münasibətilə məktəbimizin müəllimi Ziyafət Bayramova tərəfindən şagirdlər üçün xüsusi bir təbiət dərsi təşkil olunub. Dərsin əsas məqsədi şagirdlərdə ətraf mühitə qayğı ilə yanaşmaq, təbiəti qorumaq və Yer kürəsinin gələcəyi üçün məsuliyyət hissini aşılamaq olub. Dərs zamanı şagirdlər Yer kürəsinin ekoloji tarazlığı, təbii sərvətlər, tullantıların düzgün idarə olunması və ətraf mühitin mühafizəsi haqqında ətraflı məlumat alıblar. Eyni zamanda, maraqlı sual-cavablar dərsi daha da yaddaqalan edib.