Məktəbimizin fəxri - Hüseynova Gözəl finaldadır

Məktəbimizin 11 ci sinif şagirdi Hüseynova Gözəl, tarix müəllimi Səbinə Cəfərovanın elmi rəhbərliyi ilə Bakı Şəhəri İcra Hakimiyyəti və Təhsil Nazirliyinin birgə təşkil etdiyi "Heydər Əliyev və Azərbaycan tarixi" adlı referat yazı müsabiqəsində uğurla iştirak etmişdir. Gözəl "Azərbaycan torpaqlarının ilk dəfə vahid dövlətdə birləşdirilməsi – Sacilər" mövzusunda yazdığı araşdırma işi ilə bütün mərhələləri uğurla keçərək finala vəsiqə qazanmışdır. Şagirdimizi və müəllimini bu nailiyyət münasibətilə təbrik edir, final mərhələsində də uğurlar arzulayırıq.