10 Aprel – Elm Günü münasibətilə məktəbimizdə İntellektual İnkişaf Dərnəyinin müəllimləri Əhmədova Zahirə və Bağırova Rəvanənin təşkilatçılığı ilə ibtidai sinif şagirdləri arasında bilik yarışması keçirilib. Yarışmanın məqsədi şagirdlərin elmi biliklərini artırmaq, onların məntiqi və yaradıcı təfəkkürünü inkişaf etdirmək, həmçinin sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq olub. Fərqli və maraqlı suallarla zənginləşdirilmiş bu intellektual yarışma şagirdlər arasında böyük maraqla qarşılanıb .