Bu gün məktəbimizə böyük sevinclə gəlmişik. Əmək və əzmkarlığın, müəllim və şagird birliyinin bəhrəsini görmək qürurvericidir. 11-ci sinif şagirdlərimizdən 16 nəfəri yüksək nəticə göstərərək 200-dən artıq bal toplayıblar. Onların bu uğuru həm ailələri, həm müəllimləri, həm də məktəb kollektivi üçün böyük bir sevinc və fəxr mənbəyidir. Şagirdlərimizi təbrik edir, gələcək imtahanlarda da uğurlar arzulayırıq. Əzminiz və zəhmətiniz daim bəhrə versin.