Şagirdimizin uğuru

Məktəbimizin şagirdi Rəsul Əlizadə Çexiyada cido üzrə keçirilən Avropa çempionatında böyük uğura imza ataraq qızıl medal qazanıb. Bu möhtəşəm nailiyyət həm məktəbimiz, həm də ölkəmiz üçün böyük qürur mənbəyidir. Rəsulun bu uğuru onun zəhmətinin, əzmkarlığının və davamlı məşqlərinin nəticəsidir. Gənc idmançımıza gələcək yarışlarda da uğurlar arzulayır, onu, ailəsini və məşqçilərini ürəkdən təbrik edirik!