“Mənəvi təmizlik” mövzusunda maarifləndirici söhbət
Məktəbimizin psixoloqu M. Əliyeva tərəfindən 4-cü sinif şagirdləri ilə “Mənəvi təmizlik” mövzusunda maarifləndirici söhbətlər aparıldı. Görüş zamanı şagirdlərə dürüstlük, yaxşı əxlaq, empatiya, hörmət və məsuliyyət kimi mənəvi keyfiyyətlərin gündəlik həyatda və məktəb mühitində nə qədər vacib olduğu izah olundu. Söhbət interaktiv şəkildə təşkil olundu, uşaqlar öz fikirlərini bölüşdü, suallar verdi və müzakirələrdə fəal iştirak etdilər.