Aprel ayı dünyanın bir çox ölkəsində olduğu kimi, məktəbimizdə də Kosmonavtika ayı kimi qeyd olunur. Bu münasibətlə təşkil olunan xüsusi tədbirdə kosmik layihədə iştirak edən komandamız və layihə rəhbərləri Şəfəq Şirəliyeva və Ülviyyə Osmanova şagirdlərlə görüşərək onlara kosmosun sirli dünyası, kosmik tədqiqatların əhəmiyyəti, süni peyklərin rolu və gələcəyin texnologiyaları barədə ətraflı məlumat veriblər. Görüş zamanı maraqlı müzakirələr aparılıb və şagirdlərin çoxsaylı sualları cavablandırılıb. Tədbirin əsas məqsədi şagirdlərdə elmə maraq oyatmaq, onların kosmos haqqında biliklərini artırmaq və gələcəkdə bu sahəyə yönəlməyə təşviq etmək olmuşdur.