Bu gün məktəbimizdə IV sinif şagirdləri arasında Azərbaycan dili və Riyaziyyat fənləri üzrə məktəbdaxili monitorinq keçirildi. Monitorinqin əsas məqsədi şagirdlərin dərs ili ərzində əldə etdikləri bilik və bacarıqları qiymətləndirmək, onların fənlər üzrə hazırlıq səviyyəsini müəyyən etməkdən ibarət idi.