Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş məktəbimizin fəxri məzunu Mahir Mirzəyevin anım günü

    Vətənimizin ərazi bütövlüyü uğrunda Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş məktəbimizin fəxri məzunu Mahir Mirzəyevin əziz xatirəsi anılıb.Bu gün müəllim və şagird heyəti şəhid məzunumuzun məzarını ziyarət ediblər. Ziyarət zamanı Mahir Mirzəyevin həyat və döyüş yolundan bəhs olunub, onun Vətənə olan böyük sevgisi və fədakarlığı bir daha yad edilib.Şəhidin atası Sabir Mirzəyev şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması baxımından bu cür tədbirlərin önəmli olduğunu vurğulayıb Məktəb kollektivi olaraq şəhid məzunumuz Mahir Mirzəyevin əziz xatirəsini daim qürurla anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi