Bu gün məktəbimizin Uşaq Birliyi Rəhbəri Şəfaqət Qələndərova Aprel döyüşlərinin 9-cu ildönümü ilə əlaqədar dəyirmi masa təşkil edərək şagirdlərə geniş məlumat verib. Görüş zamanı Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşən və şəhid olan igidlərimizin fədakarlıqlarından bəhs edilib. Şagirdlərə Aprel döyüşlərinin əhəmiyyəti, ordumuzun qəhrəmanlığı və tarixi zəfəri haqqında danışılıb. Daha sonra real döyüş səhnələrini əks etdirən videoçarx nümayiş etdirilib.Bundan başqa bütün siniflərdə sinif təşkilat saatları keçirilib. Bu tədbir, şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi baxımından böyük əhəmiyyət daşıyır.