OCEP Layihəsi və Nazarbayev Məktəbində Azərbaycan guşəsi
Məktəbimiz artıq bir neçə ildir ki, Qazaxıstanın Aktau şəhərində yerləşən Nazarbayev adına İntellektual Məktəblə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində hər iki məktəbin nümayəndələri qarşılıqlı səfərlər edib, elmi və təhsil layihələrində iştirak ediblər. Əməkdaşlığımızın əsas sütunlarından biri OCEP layihəsi olub. Məktəbimizin təşəbbüsü ilə bu layihə idmandan əlavə elm, təhsil və milli-mənəvi dəyərlərlə də əlaqələndirilib. Bu çərçivədə məktəbimiz Qazaxıstandan gələn nümayəndə heyətini böyük məmnuniyyətlə qarşılayıb, elmi seminarlar və müzakirələr təşkil edib. Dünyaca məşhur alim LütfüZadənin tələbəsi, texnika elmləri doktoru Rafik Əliyev məktəbimizə dəvət olunub. Rafiq Əiyevin iştirakı ilə LütfüZadənin elmi irsinə həsr olunmuş xüsusi tədbir keçirilib,burada Nazarbayev İntellektual Məktəbinin müəllim və şagird heyətiilə yanaşı digər məktəblərin müəllimləri və şagirdləri də iştirak ediblər. 27 may tarixində Aktau məktəbinin müəllimləri TDM-in tövsiyə etdiyi mövzularda Nərimanov rayonunun məktəb müəllimləri üçün seminarlar təşkil ediblər. Təhsil sahəsində bu uğurlu əməkdaşlığın nəticəsi olaraq Nazarbayev adına İntellektual Məktəbdə Azərbaycan guşəsi açılıb. Açılışda Azərbaycanın və Türkiyənin Konsulluqlarının nümayəndələri iştirak edib, iki qardaş ölkənin təhsil sahəsindəki birliyinin əhəmiyyətini vurğulayıblar. Guşədə Azərbaycan tarixi, mədəniyyəti və elmi nailiyyətlərini əks etdirən materiallar sərgilənərək, Qazaxıstan məktəblilərinə ölkəmiz haqqında daha geniş məlumat əldə etmək imkanı yaradıb.Məktəbimizin Qazaxıstanla qurduğu bu əməkdaşlıq hər iki ölkənin təhsil və elm sahəsində daha da yaxınlaşmasına, yeni birgə layihələrin həyata keçirilməsinə və şagirdlərin beynəlxalq təcrübə qazanmasına mühüm töhfə verəcək.