Novruz - milli adət-ənənələrimiz

    Qədim tariximizin, milli adət-ənənələrimizin daşıyıcısı olan Novruz bayramı bu il də məktəbimizdə böyük sevinc və coşqu ilə qeyd olundu. Baharın nəfəsi, təbiətin oyanışı, odun alovu, suyun duruluğu, yelin şövqü və torpağın bərəkəti ilə süslənən bu müqəddəs bayram münasibətilə məktəbimizdə möhtəşəm tədbir təşkil edildi. Tədbirdə şagirdlərimiz Novruzun əsas rəmzlərini özündə əks etdirən səhnəciklər canlandıraraq, yumurta döyüşdürüb, səməni ilə bəzədilmiş süfrənin ətrafında şənləndilər. Milli rəqslər, bayatılar, şeir və səhnəciklərlə Novruzun ruhunu yaşadan şagirdlərimiz hər kəsə əsl bayram ab-havası bəxş etdilər. Təbiətin yenidən doğuluşunu simvolizə edən bu bayramda arzu edirik ki, hər evə bolluq, bərəkət, sevgi və firavanlıq dolsun. Qoy, tonqallarımız daim yansın, ürəklərimiz isə yaz təravətli ümidlərlə dolsun. Bayramınız mübarək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi