Məktəbimizin şagirdləri İsgəndərov Toğrul və İsgəndərova Günel "Sabahın Alimləri" 14-cü Respublika Layihə Müsabiqəsində iştirak ediblər. Onlar elmi rəhbərləri Səfəq Şirəliyevanın dəstəyi ilə öz tədqiqat işlərini təqdim edərək müsabiqədə uğurla çıxış ediblər. Müsabiqə çərçivəsində gənc tədqiqatçılar müxtəlif sahələrdə innovativ və elmi yanaşmalarını nümayiş etdirib, elmi biliklərini inkişaf etdirmək və gələcək karyeraları üçün dəyərli təcrübə qazanmaq imkanı əldə ediblər.