Novruzun müjdəçisi olan çərşənbələrdən Yel çərşənbəsi

    Bu gün Novruzun müjdəçisi olan çərşənbələrdən Yel çərşənbəsidir Milli adət-ənənələrimizi yaşatmaq və şagirdlərə Novruzun dəyərini aşılamaq məqsədilə məktəbimizdə bayrama həsr olunmuş xüsusi guşə yaradılmışdır. Bu guşədə Novruzun əsas simvolları – səməni, boyanmış yumurtalar, şamlar, milli şirniyyatlar,xalqımızın qədimliyini özündə əks etdirən atributlar yer alıb. Guşənin hazırlanmasında müəllimlər və şagirdlər fəal iştirak ediblər. Məktəbin bu təşəbbüsü şagirdlərə Novruzun mahiyyətini daha dərindən anlamağa, milli dəyərlərimizi qoruyub saxlamağa və gələcək nəsillərə ötürməyə kömək edir. Bayram abu-havası məktəbimizdə hər kəsə xoş ovqat bəxş edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi