5 Mart – Bədən Tərbiyəsi və İdman Günü

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə məktəbimizin idman müəllimləri şagirdlər arasında maraqlı yarışlar təşkil etdilər. Tədbir çərçivəsində müxtəlif idman növləri üzrə müsabiqələr keçirildi, şagirdlər öz bacarıqlarını nümayiş etdirdilər.
Yarışlar həm fiziki aktivlik, həm də zehni bacarıqları inkişaf etdirmək məqsədilə təşkil olunmuşdu. Şagirdlər şahmat, domino və digər stolüstü oyunlarda bir-biri ilə mübarizə apardılar. Sonda qaliblər müəyyənləşdirildi və xatirə şəkilləri çəkdirildi.